“Mənə müavin təyin edilməsindən xəbərsizəm” – Nazirliyin şöbə müdiri

5 Sentyabr 2013 14:01 (UTC+04:00)
"Mən sentyabr konfransları ilə əlaqədar bölgələrdə səfərlərdəyəm. Ona görə də Əsgər Quliyevin rəhbərlik etdiyim şöbəyə müdir müavini təyin edilməsindən xəbərdar deyiləm".

Bu barədə AzNews.az-a açıqlamasında Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı Ə.Quliyevin ona müavin təyin olunması ilə bağı yayılan xəbərlərə münasibət bildirərkən deyib. F.Şahbazlının sözlərinə görə, nazirlikdə struktur dəyişikliyi aparılmasından xəbərdardır, ancaq Ə.Quliyevin yeni təyinatı barədə heç bir məlumatı yoxdur. Qeyd edək ki, A.Əsgərov təqribən 20 il bundan əvvəl nazirlikdə şöbə müdiri olub və daha sonra baş məsləhətçi vəzifəsində çalışıb.

Elnarə
AzNews.az