NATO-nun Baş katibi Vaşinqtona səfər edəcək

13 İyul 2025 22:02 (UTC+04:00)

NATO-nun Baş katibi Mark Rutte Vaşinqtona səfər edəcək.

Aznews.az Reuters“ə istinadən xəbər verir ki, Rutte iyulun 14-15-də ABŞ-da səfərdə olacaq.

O, səfər çərçivəsində ABŞ Prezidenti Donald Tramp, dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqsetlə görüşəcək.