Məhkəmədə hakimlə vəkil arasında qalmaqal

5 Sentyabr 2013 14:10 (UTC+04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində hakimlə vəkil arasında qalmaqal yaranıb.

Olay "azadxeber.org" saytının baş redaktoru Nicat Əliyev və digər təqsirləndirilən şəxslər Nəsirov Elvin, Camalov Qorxmaz, Hüseynov Elimxan, Hüseynov Samir, Tofiqli Emin, Məmmədov Səfər, Əliyev Əlinin növbəti məhkəmə iclası olub.

"Bizimyol.info"nun xəbərinə görə, prosesdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, cinayət işin materiallarında ekspert rəyi vermiş Nahid Məmmədov ifadə verib. Vəkillərin ekspertiza rəyi ilə bağlı suallarına tam cavab verməməsi onların etirazlarına səbəb olub.

Yaranmış mübahisə ilə əlaqədar hakim vəkil Yalçın İmanova 4 dəfə xəbərdarlıq edib, həmçinin barəsində tənbeh tədbiri görülməsi üçün Vəkillər Kollegiyasına müraciət edilməsi barədə protokola qeyd edib. Yalçın İmanov "lap 5-ci xəbərdarlığı verin" deməsini "hakimi təhqir" kimi qiymətləndirən hakim Zeynal Ağayev vəkilə cinayət işi başlanması barədə təqdimat verilməsi barədə qərar qəbul etdiyini deyib. Həmçinin digər vəkil Elçin Əliyevə də xəbərdarlıq verilib.

AzNews.az