Merz: ABŞ-nin tarifləri iqtisadiyyatımızı dərindən sarsıdacaq

14 İyul 2025 11:45 (UTC+04:00)

Almaniya kansleri Fridrix Merz ARD televiziyasının ənənəvi yay müsahibə proqramında aktual mövzularla bağlı açıqlamalar verib.

"Əgər belə bir vəziyyət yaranarsa, biz iqtisadi siyasət səylərimizin çoxunu arxa plana keçirə bilərdik, çünki bu, hər şeyə kölgə salacaq və Almaniyanın ixrac iqtisadiyyatına dərindən təsir edəcək", - Merz açıqlamasında bildirib .

Bu cür böyük tariflərin tətbiq edilməməsini təmin etmək üçün çox səyahət etdiyini qeyd edən Merz , "Bunun üçün iki şey lazımdır: Avropa Birliyi daxilində birlik və Amerika prezidenti ilə ağıllı danışıqlar."

Merz, 1 avqusta qədər qalan 2,5 həftənin həllə çatmaq üçün istifadə edilməsi lazım olduğunu və bu mövzuda həqiqətən çox çalışdığını ifadə edib.

Mövsüm,

AzNews.az