ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə gəlib.
Bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak məlumat verib.
Yermak öz Telegram kanalında yazıb: “ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqu Ukraynada salamlayırıq”.
Ukraynalı siyasətçinin sözlərinə görə, tərəflər təhlükəsizliyin gücləndirilməsi, silahlanma, sanksiyalar siyasəti və Ukrayna ilə ABŞ arasında əməkdaşlığın gücləndirilməsini müzakirə etmək niyyətindədirlər.
Mövsüm,
AzNews.az