Tajani: Razılaşma uğursuz olarsa, Aİ ABŞ mallarına rüsumlar tətbiq edəcək

14 İyul 2025 12:23 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Brüssel və Vaşinqton arasında razılaşma əldə olunmayacağı təqdirdə 21 milyard avro dəyərində Amerika mallarına ticarət rüsumları tətbiq etməyə hazırdır.

Bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani deyib.

O , Il Messaggero qəzetinə deyib : "İngiltərənin etdiyi kimi prinsipial razılaşma əldə etmək və sonrakı aylarda fərdi ticarət bölmələri üzrə texniki danışıqlara başlamaq mümkündür".

O, əlavə edib ki, Aİ və ABŞ arasında razılaşma olmadığı halda , Avropa mövcud olanlara ikinci rüsumlar dəstini əlavə etməyə hazırlaşır. Hazırda rüsumlar 21 milyard avro təşkil edir.

Mövsüm,

AzNews.az