Fərhad Əliyev prezidentə əfv ərizəsi yazdı - EKSKLÜZİV

5 Sentyabr 2013 14:21 (UTC+04:00)
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev prezident İlham Əliyevə əfvlə bağlı müraciət edib. Bu barədə məlumatı AzNews.az-a açıqlamasında vəkil Elton Quliyev bildirib.

Vəkil keçmiş nazir və qardaşı ilə birlikdə anası Şövkət Əliyevanın da dövlət başçısına əfvlə bağlı müraciət etdiyini vurğulayıb: "Mən vəkil olaraq bütün müdafiə etdiyim şəxslərin bir an əvvəl azadlığa çıxmasını istəyirəm".


Elnarə
AzNews.az