FT: ABŞ-Yaponiya münasibətləri gərginləşir

14 İyul 2025 14:20 (UTC+04:00)

Birləşmiş Ştatlar və Yaponiya arasında münasibətlər ABŞ prezidenti Donald Trampın ticarət siyasəti səbəbindən son 25 ilin ən böyük böhranı ilə üzləşib .

Bu barədə "The Financial Times" qəzeti məlumat yayıb.

The Asia Group konsaltinq firmasının eksperti Kristofer Conson açıqlamasında deyib: “ABŞ-Yaponiya münasibətləri, bəlkə də, 1990-cı illərin sonlarında, ciddi ticarət gərginliyinin və Soyuq Müharibədən sonrakı alyansın forması ilə bağlı fundamental sualların mövcud olduğu bir nəsildə ən pis dövrünü yaşayır”.

Bildirilib ki, Trampın sərt yanaşması və Yaponiya hökumətinin dəyişən əməkdaşlıq şərtlərinə uyğunlaşa bilməməsi ticarət və təhlükəsizlik məsələlərində sabitliyin pozulmasına və çaşqınlığa səbəb ola bilər.

Mövsüm,

AzNews.az