İran həbsxanasında intihar hadisəsi

5 Sentyabr 2013 14:32 (UTC+04:00)
İranın Əlborz vilayətinin Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, Əli Fərəxi saxlanıldığı həbsxananın birinci bəndində özünü asıb.

Silahlı soyğunda təqsirləndirilən 40 yaşlı məhbus 8 ildir cəza çəkirmiş. Onun Rəcayişəhr həbsxanasının 7-ci bəndindən birinci bəndində yenicə köçürüldüyü, öz kamerasında mələfədən düzəltdiyi iplə asılmış vəziyyətdə tapıldığı bildirilir.


AzNews.az