Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib

16 İyul 2025 09:43 (UTC+04:00)

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da Azərbaycana səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkmənistan Xalq Məsləhətinin sədrini Azərbaycanın Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

AzNews.az