Mən də bir dəfə elə şok yaşadım ki...” - Zülfiyyə Xanbabayeva

5 Sentyabr 2013 15:21 (UTC+04:00)
"İnsan həyatda istər pis, istərsə də yaxşı arzuladığı nə varsa, hər şeyi cəlb edir. Mən də bir dəfə elə şok yaşadım ki...".

Axşam.az-ın məlumatına görə, bu haqda açıqlamanı xalq artisti Zülfiyyə Xanbabayeva "ATV Maqazin" dərgisinə müsahibəsində deyib.

Müğənni həkimlərin ona səhv diaqnoz qoyduqlarından söz açıb:

"Bir müddət əvvəl ağlıma yalnız bir fikir gəlirdi: xəstələnəcəm və mənə mütləq nəsə olacaq. Bir gün həkimə getdim və diaqnoz qoydular: sənin dörd ay ömrün qalıb. Üç gün necə yaşadım onu bir Allah bildi. Dördüncü gün həkim zəng vurdu və üzr istədi: Zülfiyyə xanım bağışlayın səhv olub. O an düşündüm ki, bu diaqnoz mənim təxəyyülümün nəticəsi olub. Bu xəbərdən sonra uzun müddət özümə gələ bilmirdim. Depressiyaya tez-tez düşürəm. Hamiləlik vaxtıda bu cür hallar yaşayırdım. Hətta psixoloq yanına da getdim. Yenə də nəticədə özüm xilas oldum. Əgər yaradıcı insan depressiyaya düşmürsə, onda nəsə anormallıq var".

AzNews.az