Türkiyədə avtobusla minik avtomobilinin toqquşması nəticəsində 27 nəfər xəsarət alıb.
TRT Haber bu barədə məlumat yayıb.
“Ankarada Gülhanə Təhsil və Araşdırma Xəstəxanası yaxınlığında hərəkət edən avtobus naməlum səbəbdən qarşıdan gələn avtomobilə çırpılıb”, - nəşr yazır.
Avtobusun yoldan çıxaraq beton keçid səddinə çırpıldığı dəqiqləşdirilir. Qəza nəticəsində avtobus sürücüsü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb, vəziyyəti ağır qiymətləndirilir.
Mövsüm,
AzNews.az