Laçın rayonunun Zerti kəndi yaxınlığında meşə yanğını davam edir.
Aznews.az xəbər verir ki, yanğın keçmiş döyüş sahəsində baş verir.
Bu səbəbdən alovun söndürülməsi zamanı şəxsi heyətin genişmiqyaslı müdaxiləsi məhdudlaşıb. Səbəb ərazidə mina və partlamamış döyüş sursatlarının olma ehtimalıdır.
Hadisə yerinə çox sayda yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb olunub. Hazırda müvafiq tədbirlər fasiləsiz şəkildə davam etdirilir.