ABŞ "Zəngəzur dəhlizi"ni icarəyə götürə bilərmi?- Seçimi Ermənistan etməldir!

17 İyul 2025 06:02 (UTC+04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlayıb ki, ABŞ Ermənistan və Azərbaycan arasında təxminən 32 kilometr uzunluğunda Zəngəzur nəqliyyat koridoruna 100 illik icarə əsasında nəzarət təklif edib. ABŞ‑ın Türkiyədəki səfiri Tom Barrack da bu təklifi Nyu‑Yorkda jurnalistlərə təsdiqləyərək demişdi: “Amerika deyir ki, ‘bizə bu 32 kilometr yol verin - 100 illiyə icarəyə götürək - və hər iki tərəf (Azərbaycan və Ermənistan) istifadə edə bilsin” .

Müşahidəçilər hesab edir ki, bu təşəbbüs həm regionda iqtisadi inteqrasiyanı sürətləndirmək, həm də diplomatik danışıqları irəli aparmaq məqsədi daşıyır. O da vurğulanır ki, Əbu‑Dabidə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə sülh sazişi üzrə illik sənədin mətni üzrə razılığa gəlinməsinə baxmayaraq, dəhlizin hüquqi və inzibati statusu hələ də açıq qalmaqdadır .

Ermənistan tərəfi isə hələ də “Zəngəzur dəhlizi” terminologiyasını qəbul etmir və bu ifadəni öz suverenliyinə təhlükəsi kimi qələmə verir. "Paşinyan “biz regionda kommunikasiya açıqlığını dəstəkləyirik, ancaq yalnız suverenlik çərçivəsində və qarşılıqlı əsaslarla” deyərək bu təşəbbüsün yalnız qarşılıqlı hörmət əsasında irəli gedə biləcəyinə işarə edib"- Reuters yazıb.

ABŞ‑ın bu təklifi göstərir ki, Vyaşinqton ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi həmin təsisatın siyasi ölümünü qəbul edir. Nəticədə, Cənubi Qafqazda "vasitəçi"dən birbaşa oyunçuya çevrilmək istəyir. Bu addım həm Rusiya və İranın bölgədə azalan təsir dairəsinə qarşı balans yaratmaq, həm də Çinlə rəqabət aparmaq üçün strateji bir addımdır.
Belə bir modeldə ABŞ‑ın rolu yalnız nəzarətçi deyil, həm də təhlükəsizlik və inzibati zəmanətçi rolunda təqdim edilir. Bu format Azərbaycana Naxçıvanla fasiləsiz əlaqə imkanını təmin edərkən, Ermənistan üçün “blokadadan çıxmaq” və kommunikasiyaların açılması baxımından faydalıdır.

Eyni zamanda, Ermənistanın daxili siyasi gücləri- revanşist dairələr və Rusiyanın təsiri altında olan strukturlar- bu təklifi suverenliyin itirilməsi kimi qavrayır və buna qarşı çıxır. Erməni mediası iddia edir ki, Paşinyan regionun inteqrasiya təzyiqlərini nəzərə alaraq kompromisə getməyə çalışır .

Azərbaycan üçün bu təşəbbüs aktualdır və Naxçıvanla iqtisadi və nəqliyyat əlaqəsinin yenidən qurulması, regional tranzit şəbəkəsinin gücləndirilməsi və Türkiyəyə çıxış deməkdir. Amma Bakı öz böyük layihəsini davamlı və qarantiyalı görmək istəyir. Başqa sözlə, Azərbaycan dəhlizdən istifadə edərkən hər hansı təsir və təzyiqə məruz qalmağı planlaşdırmır.

Odur ki, bütün hallarda, Zəngəzur modeli bütün hallarda dörd tərəfli siyasi‑texniki razılaşmanın nəticəsi kimi açıla biləcək və Azərbaycan, Ermənistan, ABŞ (potensial beynəlxalq konsorsium) və regional güclər (Rusiya, İran) arasında yeni status‑kvo yaradacaq.

Mümkün gedişatı proqnozlaşdıraq:

1‑ci ssenari: ABŞ təklifi qəbul olunur və dəhliz açılır

Bu ssenaridə Ermənistan və Azərbaycan ABŞ‑ın vasitəçiliyi ilə konkret razılıq əldə edir. Zəngəzur dəhlizi ABŞ icarəyə götürdüyü marşrut kimi fəaliyyətə başlayır. Nəticədə:

Rusiya və İran bu halda Ermənistana daxildən siyasi təzyiqlər göstərməyə başlayacaq, Rusiyanın xarici işlər nazirliyi əsəbi reaksiyalar verəcək, İrəvana hədələr göndərəcək.

2‑ci ssenari: Ermənistan təklifi rədd edir, dəhliz açılmır

Bu variant Ermənistanın mərkəzi hakimiyyətinin təzyiqlərə nə qədər davam gətirməsindən asılıdır. Paşinyan öz hakimiyyətinə təhdidləri nəzərə alaraq təklifi rədd edə bilər. Bu halda:

Yekunda regionda güc balansı dəyişmir və Cənubi Qafqaz "donmuş vəziyyətdə" qalır, post-münaqişə dövründə normallaşma prosesi ləngiyir.

3‑cü ssenari: Rusiya və İran fəal şəkildə prosesi pozmağa çalışır

Rusiya və İran ABŞ modelinin Ermənistan və Azərbaycan arasında tətbiqini strateji təhdid kimi qəbul edərək təzyiqlərə başlayır- hərbi, iqtisadi və siyasi zorakılıq rıçaqları işə salınır. Bu ehtimal daxilində:

4‑cü ssenari: Azərbaycan üçün optimal model

ABŞ, yaxud onun liderliyində beynəlxalq konsorsium dəhlizdə texniki və təhlükəsizlik nəzarəti təmin edir, amma tərəflər suveren və hüquqi əsasda öz əraziləri üzərində tam nəzarəti əldə saxlayır. Gözlənilər nəticələr:

Ən mümkündür və balanslı ssenari isə 4‑cü ssenaridir, burada suverenlik və təhlükəsizlik zəncirvəsi həm tərəfləri, həm də beynəlxalq aləmi məmnun edə bilər. Bu, mövcud ssenarilər içərisində ən ağlabatanıdır.

Bütün hallarda, görünən odur ki, rəsmi Bakı prosesin uzadılmasında maraqlı deyil və Ermənistanın konkret mövqe ortaya qoymasını gözləyir. Çünki regionda formalaşan yeni reallıqlar fonunda nəqliyyat kommunikasiyalarının açılması təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Bakı bu məsələdə İrəvana kifayət qədər zaman tanıyıb. İndi isə qərar anıdır: Ermənistan ya regional əməkdaşlıq üçün real addımlar atmalı, ya da bunun nəticələrinə hazır olmalıdır. Hər iki halda, prosesin taleyi Ermənistanın seçimindən asılı olacaq. Bakı Ermənistanıb bu seçimi necə və harada etməsindən asılı olmayaraq, həm Sülh Sazişinin, həm də Zəngəzur dəhlizinin ən qısa zamanda reallaşmasının tərəfdarıdır.

Zeynal ABDİN,

AzNews.az