Tramp Pakistana səfər edəcək

17 İyul 2025 12:23 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp sentyabrda Pakistana səfər edəcək.

Bu barədə “Reuters” mənbələrə istinadən xəbər verir.

Bu, təxminən iki onillik ərzində ABŞ Prezidentinin Pakistana ilk səfəri olacaq. Pakistana sonuncu dəfə 2006-cı ildə səfər edən ABŞ Prezidenti kiçik Corc Buş olub.

Mənbələrin bildirdiyinə görə, Tramp Pakistandan sonra Hindistana da səfər edəcək.

report