100-dən çox avtomobil toqquşdu: azı 200 adam yaralandı

5 Sentyabr 2013 19:20 (UTC+04:00)
İngiltərənin Kent şəhərində körpüdə 100-dən çox nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari qəza baş verib.

Qəza nəticəsində onlarla adamın xəsarət aldığı bildirilir. Şahidlərin sözlərinə görə, hadisə yerində 200-dən çox yaralı var, rəsmi mənbələr isə hələlik bu rəqəmi təsdiqləməyib. Yaralılardan 8-nin vəziyyəti ağır olaraq qiymətləndirilir.

"Sky News" telekanalının məlumatına görə, xilasedicilər hələ də qəzaya uğramış avtomobillərdən insanları çıxardığından, ölənlərin olub-olmadığı hələ məlum deyil.

Zəncirvari qəzaya səhər saatlarında müşahidə edilən qatı dumanın səbəb olduğu ehtimal edilir.

AzNews.az