İran prezidenti çirkli benzinə görə taksi ilə getməyə məcbur olub

17 İyul 2025 19:45 (UTC+04:00)

İran prezidenti Məsud Pezeşkian Təbrizə səfəri zamanı şəxsi avtomobilinin çənində pis benzin olduğu üçün yolun bir hissəsini adi taksi ilə qət etmək məcburiyyətində qalıb.

“Məsud Pezeşkiyanın Təbrizə qeyri-rəsmi səfəri zamanı Qəzvin əyalətində mühafizəçiləri ilə birlikdə üç avtomobil benzinin su ilə qarışdığına görə yolun yarısında dayanıb”, – məlumatda bildirilir.

Qeyd olunur ki, İran prezidenti yerli hakimiyyət orqanları ilə əlaqə saxlamayıb və Təbrizə taksi ilə getməyə üstünlük verib. Müfəttişin sözlərinə görə, məlum olub ki, bu, prezident kortejinin dayandığı yanacaqdoldurma məntəqəsində ilk belə pozuntu deyil.

Mövsüm,

AzNews.az