Cüdoçuya uduzması üçün 15-20 min dollar təklif olundu

5 Sentyabr 2013 19:40 (UTC+04:00)
Kubalı cüdoçu Asley Qonsales ötən həftə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş dünya çempionatı ilə əlaqədar şok fakt açıqlayıb.

Lent.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Qonsales çempionatın finalında gürcüstanlı Varlam Lipartelianiyə uduzması qarşılığında ona 15 – 20 min dollar təklif olunduğunu bildirib.

Lakin amerikalı onu satın almaq istəyənin kimliyini açıqlamayıb. Qonsales təklifi dünya çempionu olmaq istədiyi üçün rədd edib: "Mən məşqçim Husto Nodu, xalqımı və inqilabı pis vəziyyətdə qoya bilməzdim".

Qonsales finalda ötənilki Avropa çempionu Varlam Lipartelianiyə cərimə xalı ilə qalib gəlib. Hakim Lipartelianiyə 2, ona 1 dəfə xəbərdarlıq edib. Nəticədə 24 yaşlı Qonsales karyerasında ilk dəfə dünya çempionu olub. O, həm də 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı sayılır.

Qeyd edək ki, dünya çempionatında 90 kq çəki dərəcəsində Azərbaycanı Şahin Qəhrəmanov təmsil edib. O, 1/8 finalda macarıstanlı Kriştian Tota uduzaraq, mübarizəni dayandırıb. Tot isə növbəti mərhələdə məhz Asley Qonsalesə yenilib.

AzNews.az