KİV: Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski axtarışa verilib

17 İyul 2025 22:15 (UTC+04:00)

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində federal axtarış elan edilib.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, Şahin Şıxlinski hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur.

Şahin Şıxlinskinin axtarışa verilməsi ilə bağlı rəsmi məlumat yoxdur.