Aİ Belarusla maliyyə əməliyyatlarını tamamilə qadağan edib

18 İyul 2025 20:41 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Belarusla maliyyə əməliyyatlarına dair qismən məhdudiyyətləri genişləndirərək əməliyyatlara tam qadağa qoyub.

Bu barədə Avropa Şurasının 18-ci sanksiyalar paketinin qəbulundan sonra iyulun 18-də yaydığı bəyanatda bildirilir.

"Xüsusi maliyyə xidmətlərinin qadağası əməliyyatlara tam qadağa qədər uzadılıb. Belarusdan silah idxalına da embarqo tətbiq edilib", - Avropa Şurasının saytında dərc olunan sənəddə qeyd edilir .

Aİ Belarusun hərbi sənaye kompleksi ilə əlaqəli səkkiz obyektə də sanksiya tətbiq edib. Onların adları dəqiqləşdirilməyib.

Mövsüm,

AzNews.az