Çexiya prezidenti Petr Pavel ölkənin cinayət məcəlləsinə kommunist ideologiyasının təbliğatını qadağan edən düzəliş imzalayıb.
Bu barədə "Euractiv" portalı məlumat yayıb .
“Yenidən işlənmiş qanunvericilikdə “insan hüquq və azadlıqlarının boğulmasına və ya irqi, etnik, milli, dini və ya sinfi ədavətin qızışdırılmasına açıq şəkildə yönəlmiş nasist, kommunist və ya digər hərəkatları yaradan, dəstəkləyən və ya təbliğ edən” hər kəs üçün beş ilə qədər həbs cəzası nəzərdə tutulur”, - nəşr yazır.
Euractiv-in məlumatına görə, islahat artıq solçu Bohemiya və Moraviya Kommunist Partiyasının reaksiyasına səbəb olub. Yeni qanunun bu cür siyasi qüvvələrə necə şamil ediləcəyi qaranlıq olaraq qalır. Partiyanın hazırda parlamentdə yeri yoxdur, lakin bu, oktyabrda keçiriləcək seçkilərdən sonra dəyişə bilər.
Mövsüm,
AzNews.az