Suriyada Es-Süveyda vilayətində azı 718 nəfər öldürülüb.
Aznews.az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Monitorinq Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, bazar günündən bəri 146 druz döyüşçüsü və 245 mülki şəxs həlak olub, onlardan 165-i müdafiə və daxili işlər nazirliklərinin əməkdaşları tərəfindən məhkəməsiz edam edilib.
“Eyni zamanda, hökumət qoşunlarının 287 hərbçisi və 18 bədəvi döyüşçüsü həlak olub. 3 bədəvi druz döyüşçüləri tərəfindən məhkəməsiz edam edilib”, - nəşr qeyd edib.
İsrail hava zərbələri nəticəsində hökumət qoşunlarının daha 15 hərbçisi həlak olub.