COP30 üçün media akkreditasiyasına start verilib

19 İyul 2025 15:34 (UTC+04:00)

Braziliyanın Belən şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP30 üçün media akkreditasiyası prosesinə start verilib.

Bu barədə Aznews.az Braziliyanın Prezident Administrasiyasına istinadən xəbər verir.

Bildirilib ki, jurnalistlər və digər media nümayəndələri tədbirdə iştirak etmək üçün BMT-nin İqlim Dəyişikliyi üzrə Katibliyinin onlayn qeydiyyat sistemi (ORS) vasitəsilə müraciət edə bilərlər.

COP30 konfransı 2025-ci il noyabrın 10-dan 21-dək Beləndəki "City Park"ın "Hangar" Konqres və Sərgi Mərkəzlərində keçiriləcək.

Qeyd edək ki, akkreditasiya həmçinin Braziliyanın 6-7 noyabr tarixlərində ev sahibliyi edəcəyi Liderlər Sammitini də əhatə edir. Bu tədbirlə bağlı əlavə məlumatın yaxın günlərdə COP30-un sədrliyini həyata keçirən Braziliya hökuməti tərəfindən açıqlanacağı gözlənilir.