Zibil yeşiyindən 15 insan kəlləsi tapıldı

5 Sentyabr 2013 21:45 (UTC+04:00)
Praqada zibil yeşiyindən 15 insan kəlləsi tapılıb.

Onlar ibtidai məktəbin yanında yerləşən taxta zibil qutusunda aşkarlanıb.

Polis insan kəllələrinin yaşını müəyyən etmək üçün arxeoloqları çağırıb. Bütün kəllələr nömrələnib. Daha öncə Praqanın mərkəzində tapılmış bir kəllədə də oxşar nömrə olub. Polisin fikrincə, kəllələr hansısa fərdi kolleksionerə məxsu ola bilər və onların küçəyə atılma səbəbi bəlli deyil.(anspress)

AzNews.az