Ölkə prezidentlərinin şəbəkədaxili yazışmaları izlənilir

6 Sentyabr 2013 07:23 (UTC+04:00)
Braziliya prezidenti Dilma Rousseff ABŞ səfəri hazırlığını təxirə salıb.

Səfərin dayandırılmasının səbəbi Amerikanın bu dövlətə qarşı casusluq etməsi haqqında dərc olunmuş materialdır. Belə ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) qaçqın əməkdaşı Edvard Sonuden bildirib ki, ABŞ xüsusi xidmət orqanları Braziliya və Meksika prezidentlərinin telefon danışıqlarını və şəbəkədaxili yazışmalarını gizli izləyir. Braziliyanın İnformasiya və Kommunikasiya naziri Paulo Bernardonun sözlərinə görə, Vaşinqtondan hələlik bu haqda inandırıcı izahat almayıblar.(anspress)

AzNews.az