17 yaşlı çempion döyülərək öldürüldü

6 Sentyabr 2013 07:40 (UTC+04:00)
ABŞ-da boks üzrə çempion ölümcül döyülüb.

O, sentyabrın 5-də xəstəxanada vəfat edib. Bu barədə məlumatı "Associated Press" yayıb.

17 yaşlı boksçu Aleksis Urbina atasının evində qan içində polislər tərəfindən tapılıb. Ancaq hadisə yerinə polisi kimin çağırdığı məlum deyil.

Urbina ailəsinin üzvlərinin sözlərinə görə, evdən boksla bağlı bəzi qiymətli və xatirə əşyaları da aparılıb. Ancaq konkret olaraq evdən nəyin oğurlandığı sirr saxlanılır.

Qeyd edək ki, 17 yaşlı gənc bu ilin aprelində 64 kiloqram çəki dərəcəsində çempion olmuşdu.

Elnur
AzNews.az