Azərbaycanlı FIFA referisi UEFA-dan təyinat alıb

22 İyul 2025 11:23 (UTC+04:00)

Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA-dan təyinat alıb.

Bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

K.Umudlu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “İberiya” (Tbilisi, Gürcüstan) – “Levadiya” (Estoniya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Namik Huseynov və Vusal Mammadov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

İyulun 29-da Tbilisi şəhərində yerləşən Mixail Mesxi adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

AzNews.az