ABŞ mətbuatı İranın terror planından yazdı

6 Sentyabr 2013 08:15 (UTC+04:00)
ABŞ kəşfiyyatı Suriyaya qarşı hərbi əməliyyat başlanacağı təqdirdə İranın ABŞ-ın İraqdakı səfirliyinə qarşı terror aksiyası törədəcəyi haqda informasiya əldə edib.

APA-nın xəbərinə görə, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

ABŞ xüsusi xidmət orqanları ABŞ səfirliklərinə qarşı terrora "Hizbullah"ın da qoşula biləcəyini düşünür. Onların hədəfi Beyrutdakı səfirlik ola bilər.

AzNews.az