DSX-nin hərbçisi xəstəlikdən vəfat edib

23 İyul 2025 15:09 (UTC+04:00)

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Məmmədov Aslan Araz oğlu uzunsürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, hərbçi bu gün dünyasını dəyişib.

AzNews.az