Keçmiş nazir müxalifətçiləri koordinasiya edəcək

6 Sentyabr 2013 08:41 (UTC+04:00)
Daha əvvəl müxalifət tərəfə keçən Suriyanın keçmiş müdafiə naziri Əli Həbib Türkiyəyə gəlib. Bu barədə Trend "əl-Qüds əl-Ərəbi" qəzetinə istinadən məlumat verir.

Nəşrin məlumatına görə, Həbib Türkiyədə olan suriyalı müxalifətçiləri koordinasiya edəcək.

Məlumatda bildirilir ki, Ə.Həbib 2011-ci ildə ölkə hakimiyyəti ilə olan fikir ayrılığına görə vəzifəsindən uzaqlaşdırılıb. Qəzet iddia edir ki, keçmiş nazirin müxalifət tərəfə keçməsi Suriyaya qarşı hazırlanan hərbi əməliyyatla bağlıdır.

AzNews.az