Krit adasında 5,8 bal gücündə zəlzələ qeydə alınıb

23 İyul 2025 19:41 (UTC+04:00)

Yunanıstanın Krit adasında 5,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) öz saytında məlumat yayıb .

Təbiət hadisəsinin 15 km dərinlikdə qeydə alındığı dəqiqləşdirilir.

Təşkilatın məlumatına görə, seysmik hadisə Kissamos şəhərindən 27 km şimal-qərbdə baş verib.

Mövsüm,

AzNews.az