Tərtərdə ağır yol qəzası: 2 ölü, 1 yaralı

6 Sentyabr 2013 08:59 (UTC+04:00)
Tərtərdə 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Poilsi İdarəsindən Trend-ə verilən məlumata görə, sentyabrın 6-da saat 00:30 radələrində Bərdə-Ağdam yolunun Tərtər rayonu ərazisindən keçən 9-cu km-də 1982-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Muradov Ziyad Vidadi oğlunun idarə etdiyi "Mercedes Benz 250D" markalı, 10-VL-351 dövlət qeydiyyat nişanlı avtomobillə 1984-cü il təvəllüdlü Bərdə rayon sakini Tənifəyev Vüqar Elburus oğlunun idarə etdiyi "VAZ-2101" markalı, 11-BC-045 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində "Mercedes Benz 250D" markalı avtomobildə olan sərnişinlər, Mingəçevir şəhər sakinləri 1958-ci il təvəllüdlü Əhmədova Gülarə Nəriman qızı və 1982-ci il təvəllüdlü İbrahimov Həsən Oktay oğlu hadisə yerində ölüblər, "VAZ-2101" markalı avtomobilin sürücüsü isə xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

AzNews.az