Suriyada sursat anbarında partlayış baş verib

24 İyul 2025 16:31 (UTC+04:00)

Suriyanın İdlib şəhərində sursat anbarında baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb, 70 nəfər yaralanıb.

Bu barədə SANA xəbər agentliyi Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumat yayıb.

“İki nəfər həlak olub, daha 70 nəfər yaralanıb”, – Telegram kanalı bildirib.

Partlayışın İdlib əyalətinin şimalındakı Maarat Misrin şəhərində baş verdiyi bildirilir. Hadisənin təfərrüatları barədə hələlik məlumat verilmir.

Mövsüm,

AzNews.az