Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Avropa liderləri “vurulub” və Avropa İttifaqının (Aİ) güclü mövqeyini itiriblər.
"Aİ rəhbərliyi son dərəcə zəifdir və qeyri-münasib davranır. Aİ əvvəllər qlobal siyasətdə və iqtisadiyyatda güclü oyunçu olub. Amma təəssüf ki, bu, keçmişdə qalıb. Niyə? Çünki Avropa liderləri səhv etdilər", - Siyarto qeyd edib.
Onun sözlərinə görə, Avropa İttifaqının rəqabət qabiliyyəti kəskin şəkildə aşağı düşür.
Mövsüm,
AzNews.az