Tramp: Avropa ABŞ silahlarının dəyərini Ukraynaya görə üç il əvvəl ödəməli idi

24 İyul 2025 16:43 (UTC+04:00)

Avropa ölkələri Ukraynaya tədarük olunan silahların tam dəyərini ABŞ-a hələ üç il əvvəl ödəməli idilər. Bu barədə 24 iyul tarixində Vaşinqtonda keçirilən konfransda ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Biz Avropa İttifaqı (Aİ) ilə yeni bir razılaşma imzaladıq. Bu razılaşmaya əsasən, Aİ ABŞ-dən alınan bütün hərbi avadanlığın 100% dəyərini ödəyəcək. Onlar bu avadanlıqları Aİ-yə göndərəcəklər, oradan isə bölüşdürüləcək və böyük hissəsi Ukraynaya gedəcək,” – deyə o, Forbes-in YouTube kanalında yayımlanan çıxışında bildirib.

ABŞ prezidenti vurğulayıb ki, Aİ bu sxem üzrə amerika silahlarını Ukraynaya münaqişənin lap əvvəlindən göndərməli idi.

Mövsüm,

AzNews.az