Kolumbiya Universiteti Tramp administrasiyasına 200 milyon dollar ödəyəcək

24 İyul 2025 16:46 (UTC+04:00)

16 aprel 2024-cü ildə ABŞ-nin Kolumbiya Universitetində Fələstin tərəfdarı tələbələr, İsrailin hücumlarını və Qəzzanı işğalını dəstəkləyən şirkətlərə məktəbin maliyyə sərmayələrini davam etdirməsinə etiraz etmək üçün kampusun qazonunda oturaq etiraz aksiyası keçirdilər və Qəzza Həmrəylik Düşərgəsi adlı çadırlar qurdular.

Nümayişlərin ikinci günündə polis o vaxtkı rektor Minouche Shafik-in tələbi ilə kampusa daxil olub və 108 tələbəni saxlayıb.

Daha sonra, 29 aprel 2024-cü ildə məktəb rəhbərliyi ilə danışıqlar çıxılmaz vəziyyətə düşdükdən sonra tələbələr məktəbin tarixi Hamilton Hall binasına daxil oldular. Bir gün sonra məktəb rəhbərliyinin tələbi ilə polis qrupları şagirdlərə müdaxilə edərək binanı boşaldıblar.

Polis onlarla tələbəni saxlayıb və bağdakı çadır şəhərciyini dağıdıb.

Martın 7-də Donald Tramp administrasiyası Kolumbiya Universitetinə ayrılan 400 milyon dollar vəsaiti “antisemitizmlə mübarizədə uğursuzluq” səbəbi ilə ləğv edib .

Martın 22-də universitet Trampın tələblərinə uyğun olaraq məktəbin antisemitizm tərifinə yenidən baxılacağını və İsrail və Yəhudi Araşdırmaları İnstitutunun heyətinin genişləndiriləcəyini açıqlamışdı.

Müqaviləyə əsasən, Kolumbiya Universiteti institut daxilində tələbə və akademik heyətin işə qəbulu və qərarların qəbulu proseslərində müstəqilliyini bərpa edəcək.

Bundan əlavə, Kolumbiya 2025-ci ilin martında ləğv edilmiş federal maliyyəsinin böyük əksəriyyətini geri ala biləcək.

Tramp, Truth Social hesabındakı paylaşımında Kolumbiya Universiteti ilə tarixi razılaşma əldə etməkdən məmnun olduğunu bildirib.

Kolumbiya Universitetinin ABŞ hökumətinə 200 milyon dollar cərimə ödəməyə razı olduğunu bildirən Tramp yəhudi tələbələri və işçilərini müdafiə edib.

Mövsüm,

AzNews.az