Bu gün qaz təchizatında məhdudiyyətlər olacaq

6 Sentyabr 2013 09:11 (UTC+04:00)
Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

AzNews.az "Azəriqaz" İstehsalat Birliyinə istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar 6 sentyabr 2013-cü il tarixdə saat 10:00-dan 18:00-dək "Yaqublu", "Goranboy", "Lək", "Yaşma", saat 15:00-dan saat 18:00-dək "Zığ" qazpaylayıcı stansiyaları, saat 10:00-dan saat 13:00-dək "Göygöl" ölçü qovşağı, saat 11:00-dan saat 13:00-dək "Qaraçuxur ümumi" və saat 10:00-dan təmir işləri başa çatanadək "30-cu sahə" QPS-də "Nizami ümumi" ölçü qovşağından qidalanan "Zavodlar" və "Nərimanov (30-cu sahə)" ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Nizami rayonunun Keşlə qəsəbəsinin Şanxay adlanan yaşayış sahəsi, Suraxanı rayonu, Xətai rayonunun Əbilov küçəsi, Goranboy rayonu, Ucar rayonunun Lək və Xalac qəsəbələri, Xızı rayonunun Köhnə Yaşma kəndi, Oğuz şəhəri və Göygöl rayonuna təbii qazın verilməsində fasilələr yaranacaq.

AzNews.az