Suriyanın İdlib şəhərində anbarın partlaması nəticəsində ölənlərin sayı 4-ə çatıb

24 İyul 2025 18:44 (UTC+04:00)

İdlibdə silah-sursat anbarında baş verən partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb, daha 116 nəfər yaralanıb.

Bu barədə SANA xəbər agentliyi Suriya Səhiyyə Nazirliyinə istinadən xəbər verib.

“Dörd nəfər həlak olub, 116 nəfər yaralanıb”, agentliyin Telegram kanalında deyilir.

Nəşr qeyd edib ki, bu, ilkin məlumatdır.

Mövsüm,

AzNews.az