Ağsu və Şamaxıda yanğın

6 Sentyabr 2013 09:19 (UTC+04:00)
Ağsu rayonu, Nəvai kəndində (rayon mərkəzindən 8 km aralı) bələdiyyəyə məxsus ərazidə 5 hektar biçilmiş taxıl sahəsi yanıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, sahənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şamaxı rayonu, Sabir qəsəbəsində (rayon mərkəzindən 10 km aralı) isə vətəndaşa məxsus ümumi sahəsi 60 kvadrat metr olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 10 ton ot bağlaması 4 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az