Fərhad Hacıyev: Əvvəlki “Yüksəliş” müsabiqələri ilə müqayisədə bu il ən az qalib qeydə alınıb

25 İyul 2025 16:29 (UTC+04:00)

“Yüksəliş” müsabiqəsinin keçirildiyi əvvəlki dövrlərlə müqayisədə bu il ən az qalib qeydə alınıb.

Bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev müsabiqənin mükafatlandırma mərasimində deyib.

O bildirib ki, müsabiqədə 20 nəfər qalib gəlib:

“Onlardan 19-u kişi, 1-i qadındır. Müsabiqədə keçid balı 12-dir. İştirakçılar arasından 27 nəfər 11 bal toplayıb. Bu isə müsabiqənin rəqabətli keçdiyinin göstəricisidir”.

Report