Gürcüstanda NATO-nun çoxmillətli “Agile Spirit 2025” təlimləri başlayıb, açılış mərasimi Krtsanisidəki hərbi bazada baş tutub.
Bu barədə respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Təlimlərin məqsədi iştirakçı ölkələrin silahlı qüvvələrinin hazırlıq səviyyəsini, qarşılıqlı fəaliyyət qabiliyyətini və əməliyyat imkanlarını artırmaqdır", - deyə idarənin saytında qeyd olunur .
Manevrlər iyulun 21-də Amerika-Türkiyə desant əməliyyatı ilə başlayan Gürcüstan və Türkiyədə birgə keçirilir. Təlimlərdə Gürcüstan, ABŞ , Türkiyə, Polşa, Almaniya, İtaliya, Yunanıstan, Moldova, Rumıniya, Bolqarıstan, Slovakiya, Litva və Ukrayna hərbçiləri iştirak edir .
Mövsüm,
AzNews.az