İran MAQATE-yə nüvə danışıqlarını bərpa etməyə hazır olduğunu bildirib

25 İyul 2025 17:20 (UTC+04:00)

İran Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) onun nüvə proqramı üzrə texniki səviyyəli danışıqları bərpa etməyə hazır olduğu barədə məlumat verib.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

“İran BMT-nin nüvə proqramına nəzarət orqanı ilə nüvə proqramı üzrə texniki danışıqları bərpa etməyə hazır olduğunu bildirdi”, - nəşr yazır.

Reuters xəbər verir ki, MAQATE İsrail və ABŞ-nin İranın nüvə proqramını məhv etmək və ölkənin nüvə silahı hazırlamasının qarşısını almaq məqsədi daşıyan hava hücumlarından sonra yoxlamaları bərpa etmək üçün icazə almaq zərurətini ifadə edib.

Mövsüm,

AzNews.az