Müsavat Lalə Şövkətə savaş açdı: “Milli Şuradan çıxarılsın”

6 Sentyabr 2013 09:38 (UTC+04:00)
Müsavat Partiyası başqanı İsa Qəmbərin müşaviri Səxavət Soltanlı gözlənilməz tələblə ilə çıxış edib.

S.Soltanlı AzNews.az-a açıqlamasında ACP lideri Rəsul Quliyevin və ALP lideri Lalə Şövkətin Milli Şuradan çıxarılmasını tələb edib.

S.Soltanlı bildirib ki, R.Quliyev Milli Şuranın namizədi Cəmil Həsənlinin və qurumun əleyhinə təbliğat apardığı, Lalə Şövkət isə heç bir səbəb göstərmədən, Milli Şuranın bir sessiyasına belə qatılmadığı üçün dərhal bu qurumdan xaric edilməlidirlər.

Müsavat başqanının müşaviri, həmçinin, bildirib ki, L.Şövkət bu günə qədər şəxsən özü Milli Şuranın fəaliyyətini və onun namizədini dəstəkləyən bir bəyanatla belə çıxış etməyib. S.Soltanlının sözlərinə görə, R.Quliyevi və L.Şövkəti MŞ-dən xaric etmək üçün bunlardan əlavə də kifayət qədər əsaslar var.

S.Soltanlı həmçinin, deyib ki, Əvəz Temirxan və Sülhəddin Əkbər də öz liderlərinin arzularına uyğun davrandıqları üçün ümumi prosesə, Milli Şuranın fəaliyyətinə mənfi təsir edirlər.

Anar
AzNews.az