Türkiyənin bir çox vilayətində meşə yanğınları nəzarət altına alınıb

25 İyul 2025 21:26 (UTC+04:00)

Türkiyənin Antalya, Adana, Denizli, Sakarya, Bilecik və Eskişehir vilayətlərindəki meşə yanğınları nəzarət altına alınıb.

Aznews.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib.

O deyib ki, gün ərzində ümumilikdə 73 yanğınla mübarizə aprılıb ki, onlardan 37-si meşə yanğınıdır.

Nazir yanğınların söndürülməsi istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb.