Ağdərə rayonunun Talış kəndi istiqamətində başlamış yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam edir.
Aznews.az xəbər verir ki, yanğınsöndürmə tədbirlərinə FHN-nin yanğınsöndürən briqadaları və aviasiya dəstəsinin 2 helikopteri cəlb olunub.
APA-nın əməkdaşı yanğının söndürülmə prosesini helikopterdən müşahidə edib və lentə alıb.
***
10:52
Ağdərə rayonunda daha bir istiqamətdə yanğınlar başlayıb.
Aznews.az xəbər verir ki, rayonun Talış kəndi ərazisində boşluq sahədə yanğınlar başlayıb.
Hadisə yerinə FHN-nin yanğınsöndürən briqadaları, həmçinin aviasiya dəstəsinin helikopterləri cəlb olunub.
Yanğının qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.