Şəhid ailəsi üzvləri üçün MİQ üzrə vakansiya seçiminə start verilib

26 İyul 2025 11:12 (UTC+04:00)

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanılıb.

Bu barədə Aznews.az-a İnsan Resusları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Namizədlər şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

Qeyd edək ki, vakansiya seçimi 27 iyul saat 11:00-dək davam edəcək. Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.

Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.