Ramil Usubov vətəndaşlarla görüşəcək

6 Sentyabr 2013 09:50 (UTC+04:00)
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov növbəti dəfə vətəndaşlarla görüş keçirəcək.

AzNews.az DİN-in saytına istinadən xəbər verir ki, görüş sentyabr ayının 21-də Lənkəran şəhərində baş tutacaq. Vətəndaşların qəbulu saat 11:00-da başlayacaq.

AzNews.az