Bakı artıq bütövlükdə Xəzər regionunun diplomatik paytaxtıdır - Prezidentin köməkçisi

26 İyul 2025 15:12 (UTC+04:00)

“Biz hər kəsi qəbul etməyə hazırıq, lakin heç kimi buna məcbur edə bilmərik. Bunun üçün onlar bizə müraciət etməlidir”.

APA-nın xəbərinə görə, bu açıqlamanı “Berliner Zeitung” nəşrinə müsahibəsi zamanı Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının Rusiya ilə Ukrayna arasındakı danışıqlar üçün platforma ola biləcəyi ilə bağlı sualı cavablandıran zaman verib.

“Bakı artıq bütövlükdə Xəzər regionunun diplomatik paytaxtıdır. Burada Türkiyə və İsrail arasında danışıqlar baş tutub. Suriya və İsrail arasındakı müzakirələr də Bakıda keçirilib. Rusiya və ABŞ da raket əleyhinə müdafiə məsələsi ilə bağlı strateji danışıqlarını Bakıda aparıblar. Son vaxtlarda Bakıda digər diplomatik tədbirlər keçirilib. Biz hər kəsi qəbul etməyə hazırıq, lakin heç kimi buna məcbur edə bilmərik. Bunun üçün onlar bizə müraciət etməlidir”.

AzNews.az