58 yaşlı kişi intihar etdi- Bakıda
6 Sentyabr 2013 10:16 (UTC+04:00)
Bakıda 58 yaşlı kişi intihar edib. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Əmircan qəsəbəsi Sumbatzadə küçəsi, 24 ünvanında qeydə alınıb.
1955-ci il təvəllüdlü Kuzmin Vyaçeslav Anatoliyeviç yaşadığı evdə özünü asıb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az