Yaponiyada bıçaqlı hücum nəticəsində 4 nəfər yaralanıb

28 İyul 2025 17:23 (UTC+04:00)

Yaponiyanın Mito şəhərinin (İbaraki prefekturası) mərkəzində naməlum şəxs insanlara bıçaqla hücum edib, nəticədə azı 4 nəfər yaralanıb.

NHK telekanalının verdiyi məlumata görə , hücum edən şəxs hadisə yerində saxlanılıb.

"Mito şəhərinin mərkəzində küçədə bir nəfər yoldan keçənləri bıçaqlayıb. Yanğınsöndürmə xidmətinin məlumatına görə, dörd nəfər xəsarət alıb, ikisi ağır yaralanıb", - nəşr yazıb.

İlkin məlumatlara görə, zərərçəkənlərin həyatı üçün təhlükə yoxdur. Polis hücumçunun motivlərini müəyyənləşdirir. Ehtimal olunur ki, saxlanılan şəxs tanımadığı şəxslərə təsadüfi hücum etmiş ola bilər.

Mövsüm,

AzNews.az